Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bir sıra mətbuat nümayəndələrinə yardım ayırıb

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bir sıra mətbuat nümayəndələrinə yardım ayırıb
# 30 iyul 2010 07:28 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumdan APA-ya verilən məlumata görə, iclasda ötən müddət ərzində daxil olan 8 müraciətə baxılıb. İki müraciət araşdırıma tələb edildiyi üçün saxlanılıb. Müraciətlərin 6-sı təmin edilərək, bütövlükdə 3800 ABŞ dolları həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Qərara əsasən bloger Emin Millinin ailəsinə 1000 ABŞ dolları, bloger Adnan Hacızadənin ailəsinə 1000 ABŞ dolları, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 1000 ABŞ dolları, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənova 300 ABŞ dolları, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudova 300 ABŞ dolları, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasova 200 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR