Bank Of Baku

MTRŞ Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib

MTRŞ Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib
# 30 iyul 2010 14:53 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, şuranın bu gün keçirilən iclasında ölkədə teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilib. Şura üzvləri teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığını xüsusi qeyd edib, Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli mənəvi dəyərlərinin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd ediblər.

MTRŞ “Televiziya v Radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının - mədəniyyət telekanalının açılması ilə bağlı Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna müsabiqə elan edib. Müsabiqəyə ərizə qəbulu avqustun 04-dən sentyabrın 15-dək aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR