Bank Of Baku

Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb

Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb
# 31 iyul 2010 12:33 (UTC +04:00)
Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, görüş “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalması ilə bağlı olub. Şura sədri E. Bədəlovun döyülməsi barədə “Yeni Müsavat” qəzetinin Mətbuat Şurasına ünvanladığı məktubu əsas götürülərək hadisənin təfərrüratları haqda nazirə məlumat verdiyini deyib.
Daxili işlər naziri isə məsələnin araşdırılması üçün zəruri təhqiqat hərəkətlərinin aparılması üçün lazımi işlərin aparılacağını və hadisə ilə bağlı ekspertizanın keçiriləcəyini deyib.

Ə. Amaşovun sözlərinə görə, görüşdə işin araşdırılmaq üçün Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən alınaraq adı çəkilən idarəyə verilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR