Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi üzrə dəyərləndirmələr aparılıb

Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi üzrə dəyərləndirmələr aparılıb
# 03 avqust 2010 10:21 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Bakı Ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter Azərbaycan Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, görüşdə ATƏT-in Bakı ofisinin MŞ ilə diffamasiya və jurnalist peşəkarlığına dair birgə layihəsi ilə bağlı fikir mübadilələri aparılıb.
Qeyd edək ki, MŞ və ATƏT-in Bakı Ofisi bu ilin martında diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək, paralel olaraq KİV təmsilçilərinin peşə prinsiplərinə riayət etmələri sahəsindəki vəziyyəti yaxşılaşdırmaq üçün birgə layihəyə start verib. Layihənin başlıca hədəfi diffamasiya haqqında qanun layihəsini hazırlayaraq onu ölkə parlamentinə təqdim etməkdən, həmçinin Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını təkmilləşdirərək KİV nümayəndələrinin onu qəbul etmələrinə nail olmaqdan ibarətdir.

MŞ sədri Əflatun Amaşov mövcud istiqamətlərdə həyata keçirilən tədbirlər barədə məlumat verib. J. Karpenter də təmsil olunduğu təşkilatın layihə ilə bağlı reallaşdırdığı təşəbbüslərdən söhbət açıb. Hər iki qurumun fəaliyyətindəki ayrı-ayrı məqamlar təhlil olunub. Görülən işlərin layihə çərçivəsində ümumiləşdirmələr aparmaq üçün yetərli olduğu vurğulanıb. Belə qərara alınıb ki, bu il sentyabrın ilk ongünlüyündə Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq konfrans keçirilsin. Buna hazırlıq üçün isə iki «dəyirmi masa»nın təşkili məqbul sayılıb. Onlardan birinin avqustun 12-də, digərinin isə həmin ayın sonunda düzənlənməsi razılığına gəlinib. Tədbirlərdə KİV təmsilçilərinin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyərləndirmələrin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR