Bank Of Baku

“Canaz” internet televiziyası peyk vasitəsilə yayımlanacaq

“Canaz” internet televiziyası peyk vasitəsilə yayımlanacaq
# 03 avqust 2010 10:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Canaz” internet televiziyası gələn ildən peyk vasitəsilə yayımlanacaq. APA-nın məlumatına görə, bunu televiziyanın rəhbəri Camal Məmmədoğlu Bakıda keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, “Canaz” televiziyası 6 aydır Türkiyədən internet vasitəsi ilə yayımlanır.

C. Məmmədoğlu televiziyada Azərbaycanla bağlı xəbərlərin yayıldığını, Dağlıq Qarabağ probleminin prioritet olduğunu vurğulayıb: “Yaxın vaxtlarda “Canaz” İzmirdə fəaliyyət göstərən “Kanal 35” televiziyasından gündə 2 saatlıq efir vaxtını satın alacaq. Televiziyanın tam olaraq peyk yayımına keçməsi üçün maddi və kadr imkanları yetərincə deyil. Buna görə də biz “Çiyin-çiyinə verib Can Azərbaycan televiziyamızı göyə çıxaraq!” kampaniyasına başlamışıq. Kampaniya bu ilin sonuna kimi davam edəcək. Bu kampaniya televiziyanın peykə çıxması üçün maddi, mənəvi, professional dəstək məqsədi daşıyır”.

“Canaz”ın Azərbaycan təmsilçiliyinin rəhbəri Ramiz Əsgər də televiziyanın dünya məkanına çıxmasının vacib məsələ olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR