Bank Of Baku

“Azərbaycan” Nəşriyyatının borca görə xəbərdarlıq etdiyi qəzetlərin adı açıqlanıb - SİYAHI

“Azərbaycan” Nəşriyyatının borca görə xəbərdarlıq etdiyi qəzetlərin adı açıqlanıb - <font color=red>SİYAHI</font>
# 03 avqust 2010 10:39 (UTC +04:00)
Bu barədə APA-ya nəşriyyatın direktor müavini Bəsti İsmayılova bildirib. Onun sözlərinə görə, xəbərdarlıq quruma ən çox borcu olan KİV-ə edilib: “Nəşriyyat təsərrüfat hesablı müəssisədir, buranın da işçiləri var, onlar da əməkhaqqı alır. Bu borclar isə bir-iki ayın borcu deyil. Uzun müddət yığılıb qalıb”.

B. İsmayılova xəbərdarlıq edibmiş qəzetlərin sırasında “Azadlıq”la bərabər, “Bakı-Xəbər”, “525-ci qəzet”, “Ədalət”, “Şərq” qəzetlərinin də olduğunu bildirib: “Bizim xəbərdarlıqdan sonra “Bakı-Xəbər” və “Şərq” qəzetləri bir həftəlik tətilə çıxıb, onlardan heç bir cavab yoxdur. “525-ci qəzet” və “Ədalət” isə ən qısa müddətdə borcu ödəyəcəklərini bildiriblər. “Azadlıq” qəzetindən məsələ ilə maraqlanan olmayıb. Əgər qısa müddətdə digər qəzetlər də borclarını qaytarmasa, onların da nəşrindən imtina olunacaq. Bu, hamı üçün nəzərdə tutulan məsələdir, heç kimə fərq qoyulmur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR