Bank Of Baku

“Azadlıq” qəzeti ilə “Azərbaycan” Nəşriyyatı arasında problem həll olunub

“Azadlıq” qəzeti ilə “Azərbaycan” Nəşriyyatı arasında problem həll olunub
# 03 avqust 2010 12:06 (UTC +04:00)
Bu barədə APA-ya qəzetin baş redaktoru Qənimət Zahid məlumat verib. Onun sözlərinə görə, qəzetlə nəşriyyat rəhbərliyi arasında borcun qalan hissəsinin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub: “Biz qalan borcumuzu əvvəlki qaydada ödəyəcəyik”. Q. Zahid bildirib ki, artıq qəzetin çap problemi də aradan qaldırılıb: “Qəzetin kollektivi artıq redaksiyadadır və qəzetin növbəti sayını çapa hazırlayırıq”. Q. Zahid “Azadlıq”ın sabah satışda olacağını bildirib.

Qeyd edək ki, “Azadlıq” qəzetinin “Azərbaycan” Nəşriyyatına borcu olduğu üçün onun çapından imtina edilmiş, qəzetin kollektivi nəşriyyatın binasına buraxılmamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR