Bank Of Baku

BAMF media ilə bağlı yeni layihənin icrasına başlayıb - FOTO

BAMF media ilə bağlı yeni layihənin icrasına başlayıb - <font color=red>FOTO</font>
# 03 avqust 2010 14:51 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) media ilə bağlı yeni layihənin icrasına başlayıb. BAMF-dən APA-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın aparıcı KİV-dəki real vəziyyətlə yerində tanış olmaq, jurnalistlərin xarici dil bacarıqlarını aşkara çıxarmaq üçün sorğular keçirməkdir. Yekunda təkcə aparıcı KİV-də deyil, eyni zamanda ali təhsil ocaqlarının jurnalistika fakültələrində xarici dil bilən şəxslər də müəyyənləşdiriləcək və onlara dil qabiliyyətlərini təkmilləşdirmək, eyni zamanda xarici mətbuata çıxış əldə etmək işində yardım göstəriləcək. Layihə çərçivəsində fondun əməkdaşları Siyab Məmmədli və Rey Kərimoğlu bu gün APA, “Lent.az” və “Vesti.az” redaksiyalarında olublar. APA-nın baş redaktoru Vüsalə Mahirqızı ilə görüşdə əsasən medianın problemləri və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın rolu barədə müzakirələr aparılıb. V. Mahirqızı BAMF-ın yeni başladığı layihəni təqdir edərək bu sahədə olan problemlərdən və onun həlli yollarından danışıb.
BAMF nümayəndələri “Lent.az”ın baş redaktoru Qabil Abbasoğlu, “Vesti.az”-ın baş redaktoru Araz Zeynalovla da görüşüblər. Onlar redaksiyaların iş şəraiti ilə yaxından tanış olub, layihənin məqsədləri barədə əməkdaşlarla söhbət aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR