Bank Of Baku

Mətbuat Şurasında Rusiyanın Həştərxan vilayətindən olan nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib - FOTO

Mətbuat Şurasında Rusiyanın Həştərxan vilayətindən olan nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 03 avqust 2010 15:33 (UTC +04:00)
Bakı-APA. Bu gün Rusiyanın Həştərxan vilayətinin Xəzərin ekoloji problemlərini araşdıran və işıqlandıran müxtəlif qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq, Şurada baş tutan bu görüşün nəinki medianı bütövlükdə cəmiyyəti düşündürən bir mövzuya həsr olunduğuna diqqəti çəkib. O, Azərbaycan jurnalistlərinin Xəzərin statusu, ekoloji durumu, bütövlükdə Xəzər ətrafında cərəyan edən proseslərin işıqlandırılmasına böyük önəm verdiyini vurğulayıb.

Ə.Amaşov Xəzəryanı ölkələrin jurnalistlərinin birgə informasiya mübadiləsi prosesinin də əhəmiyyətli cəhətlərindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun ekoloji məsələlərin KİV-də işıqlandırılmasına dair müxtəlif tədbirlər təşkil etdiyini deyərək, bu toplantıların beynəlxalq media konfransları çərçivəsində düzənlənməsinin mümkünlüyündən danışıb.

Həştərxan vilayəti administrasiyası rəhbərinin sosial məsələlər üzrə müavini Tatyana Yusupova yerli jurnalistlərin bəhs edilən mövzularla bağlı fəaliyyətləri barədə məlumat verib. Həştərxandakı «Kaspi» Mətbuat Mərkəzinin əməkdaşı Dmitrii Averkin çıxışında ekoturizmin inkişafını yönələn layihələrə Rusiya və Azərbaycanın jurnalist təşkilatlarının üstünlük verməsinin vacibliyindən danışıb.

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin monitorinq qrupunun rəhbəri, jurnalist-ekoloq Anna Bartkulaşvili bildirib ki, Xəzərin xüsusi ekoloji durumu ilə əlaqədar jurnalist aktivliyinə nail olunmalıdır.

Görüş iştirakçılarından MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, «Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynovun, «Azerbaycanskie izvestiya» qəzetinin baş redaktoru Gülnarə Hüseynovanın, «7+» telekanalının əməkdaşı Anna Saqunovanın, Həştərxan Teleradio Şirkətinin əməkdaşı Anastasiya Krotovanın və başqalarının çıxışlarında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair təkliflər səslənib. Qərara alınıb ki, bu məqsədlə tərəflər arasında niyyət protokolu imzalansın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR