Bank Of Baku

Azərbaycanda tanınmış jurnalist vəfat edib

Azərbaycanda tanınmış jurnalist vəfat edib
# 10 avqust 2010 09:46 (UTC +04:00)
Ş. Bəhramoğlu avqustun 9-da həyat yoldaşı ilə birlikdə Salyan rayonuna yasa gedib. Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən Ş. Bəhramoğlunun vəziyyəti Salyanda qəflətən pisləşib və o vəfat edib.

Ş. Bəhramoğlu 1945-ci il avqustun 21-də Füzuli rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Uzun müddət «Bakınskiy raboçiy» və «Vışka» qəzetlərində müxbir, 1992-1996-cı illərdə «Azərbaycan» qəzetinin rus variantının (“Azerbaydjan”) baş redaktoru, 1997-2006-cı illərdə «Qanun» jurnalının rus variantının redaktoru işləyib.

2006-cı ildən xəstəliyi ilə əlaqədar işdən uzaqlaşıb. Hüquq sahəsində bir sıra tərcümələrin müəllifi olan Ş. Bəhramoğlu Azərbaycan Esperanto Cəmiyyətinin yaradıcısı və sədri, «Esperanto» Beynəlxalq Təşkilatının Azərbaycandakı yeganə təmsilçisi idi.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR