Bank Of Baku

Qulu Məhərrəmli “İrəli” İctimai Birliyinin layihəsində təlimçi qismində çıxış edib – FOTO

Qulu Məhərrəmli “İrəli” İctimai Birliyinin layihəsində təlimçi qismində çıxış edib – <font color=red>FOTO </font>
# 10 avqust 2010 14:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetinin professoru, jurnalist Qulu Məhərrəmli “İrəli” İctimai Birliyinin “Media Akademiyası” layihəsində təlimçi qismində çıxış edib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərdə araşdırma jurnalistikası barədə danışan Q. Məhərrəmli mətbuatın 4-cü hakimiyyət kimi təqdim edilməsinin yanlışlığı barədə fikirlərini bildirib. Onun fikrincə, jurnalistika hakimiyyət ola bilməz, çünki hakimiyyət müəyyən qərar və qanunlar qəbul edə bilir və böyük səlahiyyətlərə malik olur. Cəmiyyətin harmoniyasını qorumaq üçün yaşadığımız cəmiyyətin məqsədlərini bilməyin vacibliyini də vurğulayan Q. Məhərrəmli “Media Akademiyası” layihəsinin cəmiyyət üçün yararlı jurnalistlər yetirəcəyinə inandığını söyləyib.

Sonda təlim araşdırma jurnalistikası ilə bağlı sual-cavab şəklində davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR