Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib - FOTO
Ə. Amaşov şuranın ötən müddətdə həyata keçirdiyi tədbirlər barədə də məlumat verib. Həmçinin qeyd edib ki, MŞ İdarə Heyətinin müvafiq qərarı ilə şuranın «qara siyahı»sından çıxarılan nəşrlərin bəziləri barədə quruma şikayətlər daxil olub: “Bu, etimaddan sui-istifadədir və belələrinin yenidən siyahıya qaytarılmasını şərtləndirir”.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də siyahıdan çıxarılan qəzetlərin bəzilərinin yenə əvvəlki qaydada fəaliyyət göstərdiklərini vurğulayıb. O, belə neqativ halların yolverilməz olduğunu deyib.
MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov hesabatı yüksək qiymətləndirib. O, təkcə şikayət məktublarının sayının artmasını “insanların şuraya artan inamının nəticəsi” adlandırıb. B.Sadıqov ölkə prezidentinin Mətbuat Şurasında olmasını və geniş nitqini quruma olan etimad nümunəsi kimi dəyərləndirib. B. Sadıqov hesabatın MŞ-nin yalnız ötən yarımillikdə deyil, ümumilikdə bütün yarımilliklərdə ən uğurlu hesabatı olduğunu deyib.
MŞ sədrinin qəzetlərin «qara siyahı»dan çıxarılması ilə bağlı ölkə mediasında gedən müsahibəsinə diqqəti çəkən B.Sadıqov həmin müsahibədə irəli sürülən prinsiplərin kifayət qədər məntiqi xarakter daşıdığını bildirib. O, əlavə edib ki, MŞ-nin əfvi, bağışlaması varsa, bundan nəticə çıxarılmayacağı halda müvafiq ölçü tədbiri də mövcuddur. B.Sadıqov hesabatın əsas kimi qəbul edilməsini, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirəsinin keçirilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə bəyənilib.
Bundan sonra MŞ-nin Şikayətlər üzrə Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin rəhbərlik edəcəyi komissiyaya MŞ İdarə Heyətinin üzvləri Vüqar Səfərli, Aqil Abbas, Vüqar Rəhimzadə, Rəşad Məcid, Elçin Şıxlı və Qafar Çaxmaqlı daxildir. Komissiya Nizamnamə qaydalarına uyğun olaraq iki il fəaliyyət göstərəcək. Şura sədri komissiyanın əvvəlki tərkibinin səmərəli fəaliyyətini vurğulayaraq onlara MŞ adından təşəkkürünü bildirib.
Ə.Amaşov Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə diffamasiya məsələləri və jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsinə dair birgə layihəsinin gedişi barədə məlumat verib. Onun sözlərinə görə, bu ay layihə çərçivəsində iki tədbirin təşkili nəzərdə tutulur. Sentyabrda isə mövzu ilə bağlı geniş beynəlxalq konfrans düzənlənəcək. Ə.Amaşov Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına ATƏT tərəfindən təklif edilən tövsiyyələr barədə də məlumat verib. İH üzvlərindən həmin tövsiyyələrə münasibət bildirmələrini və təkliflərini irəli sürmələrini xahiş edib.
Cari məsələlərlə bağlı MŞ sədri Əflatun Amaşov bildiririb ki, jurnalistlərin peşə hazırlığı və təhsilinə dair məsələ ölkə prezidenti ilə görüşdə də qabardılıb. O, dövlət başçısının çıxışında məsələ ilə bağlı ifadəsini tapan məqamlara diqqəti çəkərək Şuranın təhsil komissiyasının bununla əlaqədar fəaliyyətini gücləndirməsinin zəruriliyini bildirib. Ə. Amaşovun sözlərinə görə, qarşıda duran mühüm məsələ ali məktəblərin jurnalistika fakultələrinə qabiliyyət imtahanlarının bərpasıdır.
MŞ İdarə Heyətinin üzvü, qurumun Təhsil Komissiyasının sədri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxışında ali jurnalistika məktəbinin yaradılması ideyasını irəli sürüb. Bu məktəbin müdavimləri sırasında əsasən KİV-lərdə çalışan və ixtisasca jurnalist olmayanlar üstünlük təşkil edəcək. Müzakirələrdən sonra təhsilin müddəti, ixtisaslaşma, jurnalist kadrların xaricdə təcrübə kursları və s. məsələlərlə bağlı proqram təkliflərin hazırlanması məqsədəuyğun sayılıb.
Sonda Azərbaycan Mətbuat Şurası Nəzarət - Təftiş Komissiyasının yeni sədri Qadir İbrahimli İdarə Heyəti üzvlərinə təqdim olunub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib