Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə dəyirmi masa keçirəcək

Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə dəyirmi masa keçirəcək
# 11 avqust 2010 14:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa keçiriləcək. Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin yeni ofisində avqustun 12-si saat 15:00-da baş tutacaq tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlər müzakirə mövzusu olacaq.

Xatırladırıq ki, hər iki qurum bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start verib. Layihə çərçivəsində bu ay iki dəyirmi masanın təşkili nəzərdə tutulur. Bunlardan birincisi avqustun 12-də, digəri isə ayın sonunda baş tutacaq. Sentyabrın ilk ongünlüyündə isə beynəlxalq ekspertlərin də iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR