Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif olunan əlavə və düzəlişlər müzakirə edilib
Mətbuat Şurasının sədri Əflatun Amaşov təklif edilən əlavə və düzəlişləri şuranın və ATƏT-in Bakı ofisi ekspertlərinin hazırladığını açıqlayıb. O bildirib ki, ATƏT-lə əməkdaşlığın tərkib hissəsi olaraq “Diffamasiya haqqında” qanunun Milli Məclisdə qəbulu üçün birgə səylər göstərilir.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel qeyd olunan məsələlərlə bağlı hökumət nümayəndələri ilə görüşlər keçirildiyini söyləyib və Mətbuat Şurasının bu istiqamətdə səylərini dəstəklədiklərini vurğulayıb: “Hər cür dəstəyi verməyə hazırıq. Biz Mətbuat Şurasını ölkədəki bütün mətbuatı əhatə edən qurum kimi görmək istəyirik”. Ə. B. Cankorel ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin sentyabr ayında Azərbaycana gələcəyini deyib.
Tədbirdə Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas və İREX-in eksperti, hüquqşünas Ələsgər Məmmədli arasında özəl həyatın toxunulmazlığı mövzusunda polemika olub. A. Abbas Konstitusiyaya istinad edərək şəxsi həyatın istənilən halda toxunulmaz olduğunu dilə gətirib, Ə. Məmmədli isə bununla bağlı istisnaların mövcudluğuna diqqət çəkib. Ə. Məmmədlinin sözlərinə görə, şəxsi həyatla qanunsuz hərəkəti eyniləşdirmək olmaz.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bəyan edib ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına Mətbuat Şurasının üzvü olub-olmamasından asılı olmayaraq bütün mətbu qurumlar və jurnalistlər əməl etməlidir. Onun fikrincə, Azərbaycanda peşəkarlıq səviyyəsinin aşağı düşməsi müşahidə olunur.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qaydalara təklif olunan əlavə və düzəlişləri dəstəklədiyini bildirsə də, qeyd edib ki, vətəndaşlarla mətbuatın hüquqları balanslaşdırılmış və paralel şəkildə qorunmalıdır.
Mətbuat Şurasının üzvü, APA-nın baş direktoru Vüsalə Mahirqızı konkret misallarla təklif edilən bəzi əlavə və düzəlişlərə ehtiyac olmadığını vurğulayıb. Onun sözlərinə görə, informasiya qaynaqlarına sayğı göstərilməlidir, mənbənin açılması isə yalnız məhkəmə yolu ilə ola bilər. V. Mahirqızı təkliflərdə qeyd olunan “hadisə sensasiya xarakterlidirsə, onu verməkdən çəkinmək lazımdır” fikri ilə razılaşmayıb: “Əgər hadisə sensasiyadırsa, onu vermək lazımdır, hamı da o xəbəri verəcək”. O, “jurnalist mənbəyə pul verməməlidir” fikrinə də etiraz edib: “Praktikada jurnalistlər bəzən mənbəyə pul verərək xəbər, müsahibə alır”.
Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev V. Mahirqızının fikirlərinin bir qismi ilə razılaşıb. O da öz konkret təkliflərini səsləndirib.
Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli təkliflərin ümumiləşdirilməsi üçün işçi qrup yaradılmasını təklif edib. Təklif qəbul olunub və işçi qrup yaradılıb. Qrupa APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, İREX-in hüquqşünası Ələsgər Məmmədli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ üzvləri Müşfiq Ələsgərli, Aqil Abbas, Umud Rəhimoğlu daxil edilib.
Qeyd edək ki, MŞ və ATƏT-in Bakı ofisi bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə başlayıblar. Layihə çərçivəsində bu ay daha bir dəyirmi masanın təşkili nəzərdə tutulur. Sentyabrın ilk ongünlüyündə isə beynəlxalq ekspertlərin də iştirakı ilə konfrans keçirilməsi planlaşdırılır.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib