Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının tərkibi genişləndiriləcək

Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının tərkibi genişləndiriləcək
# 13 avqust 2010 15:13 (UTC +04:00)
Komissiyanın işində Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, KİV təmsilçilərinin də iştirakında maraqlıyıq. Bu, daha operativ işləmək, eyni zamanda mövcud sahədəki problemləri jurnalistlərə daha yaxından çatdırmaq zərurətindən irəli gəlir”. APA-nın məlumatına görə, bunu MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V. Rəhimzadə bildirib ki, 2010-cu ilin ilk yarısında Şuranın komissiyalarında araşdırılan 206 məsələdən 64-nə məhz «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılıb. Mövcud rəqəm ötən ilin müvafiq dövründən iki dəfə çoxdur. Hesabat dövründə MŞ-nin çıxardığı 18 qərarla bağlı rəydən 3-ü bu qurum tərəfindən verilib.

V. Rəhimzadə hazırda MŞ-nin Katibliyi tərəfindən təqdim edilən 10 şikayətin araşdırıldığını vurğulayıb: “Yaxın günlərdə növbəti iclasımızı keçirəcəyik. İclasda müxtəlif məsələlərlə bağlı yekun rəylər çıxarılacaq. Eyni zamanda tərkibin genişləndirilməsi məsələsi də həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR