Bank Of Baku

ABŞ səfirliyinin mətbuat katibi Mətbuat Şurasında olub

ABŞ səfirliyinin mətbuat katibi Mətbuat Şurasında olub
# 16 avqust 2010 14:34 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin Azərbaycan Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşovla görüşən səfirlik təmsilçisi hazırkı vəzifəsinə artıq üç aydır ki, təyin olunduğunu bildirib. O, bu müddət ərzində Azərbaycan mediası ilə bağlı ətraflı məlumat əldə etməyə üstünlük verdiyini deyib.

MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışıb. Şura sədri qeyd edib ki, ölkə jurnalistlərinin 2003-cü ilin martında baş tutan I qurultayında yaradılan Mətbuat Şurası ötən müddətdə istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif işlər görüb. Ə. Amaşov qurumun təcrübəsinin keçmiş sovetlər birliyi məkanı üçün vahid model kimi qəbul olunduğunu vurğulayıb.

Görüşdə müxtəlif dövrlərdə ABŞ səfirliyi ilə Mətbuat Şurasının əməkdaşlığına, həmçinin səfirliyin media ilə bağlı layihələrinə, ümumən ölkəmizdə, eləcə də dünyada söz və mətbuat azadlığının vəziyyətinə dair fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR