“Medianın parlament seçkisində iştirakı onun diffamasiya mühitinə nə dərəcədə hazır olduğunu isbatlayacaq” - MÜSAHİBƏ
- Azərbaycanın media məkanındakı son durumu necə qiymətləndirirsiniz?
- Azərbaycan milli mətbuatının 135 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, jurnalistlərin fəxri adlara və digər təltiflərə layiq görülmələri, habelə onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn sərəncamın imzalanması - bütün bunlar ümumən xoş ovqatdan xəbər verir. Bununla belə, son günlər müəyyən narahatedici meyllər də duyulmaqdadır. Bəzi həmkarlarım məsələ ilə bağlı artıq həyacan təbili çalıb. Əslində nə baş verir? Buna aydınlıq gətirmək üçün istər-istəməz geriyə qayıtmalı olursan - 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkisindən öncəki vəziyyətə. Həmin vaxt kütləvi informasiya vasitələrinin bir çoxu siyasi konfrantasiyaların mərkəzində dayanırdı. Qəzet səhifələrində siyasi səhnədə olmayacaq qədər gərginlik əksini tapmışdı. Üzərindən az vaxt keçməyib. Bu müddətdə mediamız müsbət vərdişlər əldə edib, jurnalistlərin peşəkarlığı artıb, hadisə və proseslərə peşəkar yanaşma tərzləri formalaşıb, ümumilli maraqlara müəyyən mənada vahid baxış var və s. Bütün bunlar ağır zəhmət hesabına başa gəlib. Əldə edilənlərin bir andaca məhv olma təhlükəsini hiss etmək isə əlbəttə, təəssüf doğurur.
- Siz vəziyyəti parlament seçkisi ilə əlaqələndirirsiniz…
- Seçkilər, o cümlədən parlament seçkisi millətin, xalqın taleyində önəmli yer tutan hadisədir. Bu, siyasi prosesdir və mövcud mərhələdə siyasi səhnədə yüksək aktivliyin yaşanması labüddür. Dünyanın bir çox yerlərində, hətta inkişaf etmiş ölkələrin özündə belə seçkiöncəsi və ondan sonra gərginliklər baş verir. Bu, müəyyən mənada təbiidir də. Azərbaycanda seçki gərginlikləri yaşanıb. Əfsus ki, həmin proseslərin episentrində bəzən ayrı-ayrı siyasi xadimlər deyil, daha çox media orqanları dayanıb. Elə olub ki, jurnalistlərin yazdıqlarını siyasətçilər heç dillərinə gətirməyiblər. Ümumən seçki öncəsi baş verən xoşagəlməz ssenarilər hamımıza məlumdur. Hazırda isə ən pisi odur ki, proseslərə tez start verildiyi hiss olunur və getdikcə gərginliyin artma ehtimalı duyulmaqdadır. Görünür, mətbuatımızda bölücülük yaratmaq istəyənlər var. Bu durumda jurnalistlərimiz təxribatlara uymamalı, vaxtilə buraxdıqları səhvləri təkrarlamamalıdırlar. Keçmişin təcrübəsi göstərir ki, nəticə etibarilə onlar itirən tərəf olurlar. Bu, uduzmaqdan da pisdir.
- Sizcə, medianın əvvəlki seçkilərdə iştirakı ilə bağlı xoşagəlməz təcrübənin təkrarlanma ehtimalı böyükdür?
- Əslində qorxdumuğuz elə budur. Həmkarlarımın bir çoxu da yazılarında vəziyyətin təkrarlana biləcəyindən narahatlıq keçirir. Yenə də deyirəm, parlament seçkisi mahiyyət etibarilə siyasi prosesdir. Burada udan da, uduzan da olur. Mətbuatın prosesə tərəf kimi qoşulması isə onun özü üçün itkidir. Təcrübə göstərir ki, bu itki kimlər üçünsə böyük uduşdur. Vəziyyətin belə şəkil alması, kimlərinsə ruporuna çevrilmək mediamızın xeyli əvvəlki səviyyəsinə qayıtması olardı. Bununla barışmaq olmaz. Məncə, məsələdə KİV təmsilçilərinin özləri də həmrəylik göstərməlidirlər. Yazılarında diqqətli olmalı, tərəf kimi çıxış etməməli, seçicilərin, dolayısıyla xalqın mənafeyini üstün tutmalıdırlar.
- Mətbuat Şurası seçkilərdə medianın iştirakına, siyasi prosesləri işıqlandırmasına dair hansı tədbirlər görəcək? Qeyd etdiklərinizlə bağlı şuranın fəaliyyət proqramı varmı?
- Az öncə medianın seçkilərdə iştirakı ilə əlaqədar vaxtilə yaşanmış xoşagəlməz təcrübənin təkrarlanma ehtimalından danışdıq. Bütün fəaliyyətimiz bu ehtimalı sıfıra endirmək üzərində qurulacaq. Yaxın günlərdə mətbuatda “qara piar” mövzusunda tədbir keçirməyi və orada mediamızdakı son vəziyyəti geniş şəkildə müzakirəyə çıxarmağı planlaşdırırıq. Bundan başqa, Mətbuat Şurası siyasi mövzuda, xüsusən seçki ilə bağlı materialların monitorinqini aparmağı və mövcud tendensiyaları cəmiyyətə açıqlamağı nəzərdə tutur. Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə layihə həyata keçirməkdədir. Layihə jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsini, qaydaların yeni variantının KİV tərəfindən qəbulunu, həmçinin diffamasiya haqqında qanunla əlaqədar təşəbbüslərin dəstəklənməsini nəzərdə tutur. Layihə çərçivəsində ilk tədbir artıq baş tutub. Toplantıda peşə davranışı qaydalarına tövsiyələr media rəhbərlərinə təqdim olunub. Təkmil variantın hazırlanması üçün onların iştirakı ilə işçi qrup formalaşdırılıb. Avqustda daha bir dəyirmi masanın, sentyabrda isə beynəlxalq konfransın təşkilini nəzərdə tuturuq. Diqqəti peşə davranışı qaydalarına yönəldərək deyim ki, sənədin təkmil variantını qəbul edən KİV eyni zamanda üzərinə onu pozmamaqla bağlı ictimai məsuliyyət götürmüş olacaq. Bu, çox vacib məqamdır. Məsələnin daha vacib tərəfi isə diffamasiya ilə bağlıdır. Həmkarlarımızın çoxu qanunun qəbulunun tərəfdarıdır. Medianın parlament seçkisində iştirakı onun diffamasiya mühitinə nə dərəcədə hazır olduğunu isbatlayacaq. Buna görə də hər bir jurnalist peşəsinə məsuliyyətlə yanaşmalı, diqqətli olmalıdır.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib