Mətbuat Şurası “KİV-də “qara piar”: media seçkilərə necə gedir?” mövzusunda dəyirmi masa keçirəcək

Mətbuat Şurası “KİV-də “qara piar”: media seçkilərə necə gedir?” mövzusunda dəyirmi masa keçirəcək
# 16 avqust 2010 15:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) avqustun 17-də “KİV-də “qara piar”: media seçkilərə necə gedir?” mövzusunda dəyirmi masa keçirəcək. Şuradan APA-ya verilən məlumata görə, tədbir saat 15.00-da MŞ-da baş tutacaq.
“Dəyirmi masa”da son günlər ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrinin fəaliyyətində yer alan “qara piar” əlamətləri barədə söhbət açılacaq, bəzi qəzetlərdə bunun təzahür forması kimi meydana çıxan konkret faktlardan danışılacaq, mövcud istiqamətdəki vəziyyətə təsir etmə imkanlarına dair fikir mübadilələri aparılacaq. Tədbirdə, həmçinin KİV-in seçki prosesini işıqlandırmaları ilə bağlı peşəkarlıq xüsusiyyətləri də müzakirə predmetinə çevriləcək.

Toplantıda KİV rəhbərlərinin, media ekspertlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR