Azərbaycan Mətbuat Şurasında “KİV-də “qara piar”: media seçkilərə necə gedir?” mövzusunda dəyirmi masa keçirilib
Ə. Amaşov bildirib ki, Azərbaycan mətbuatında bəzi nazirlər barədə davamlı olaraq yazıldığını və bunun tendensiya halı aldığını da deyib: “Bəzən isə xəbəri qəsdli olaraq təhrif edirlər. Məsələn, bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən “Gilan Holdinq”in Ermənistanda tikinti işlərinin apardığı yazdılar. Lakin xəbərin istinad olunduğu mənbəyə baxanda məlum oldu ki, söhbət tikintini aparan şirkətdən getmir. Ermənistan mətbuatındakı xəbərdə yazılıb ki, Sevan gölünün yaxınlığında Gilan adlı qoruq ərazisində hansısa bir şirkət tikinti aparmaq istəyir. Bizim mətbuatda isə bu faktı təhrif edib, tikintini aparan şirkətin adının “Gilan” olduğunu yazıblar. Bu isə Azərbaycanda fəaliyyət göstərən şirkətin nüfuzuna xələl gətirməkdir. Bu kimi hallar Mətbuat Şurasının diqqətini cəlb edir və bizi narahat edir”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da hazırda ölkə mətbuatında “qara piar”ın olmasından narahatlığını dilə gətirib. B. Sadıqov bu və buna bənzər digər proseslərə ziyalıların qoşulmasından narahat olduğunu da vurğulayıb. Baş redaktor medianın peşəkarlığının artırılmasının vacibliyini qeyd edib və seçki öncəsi “qara piar”ın artmaması ilə bağlı müzakirələri intensivləşdirməyə çağırıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, Azərbaycanda “qara piar” iki cür həyata keçirilir: “Biz yırtıcı balıqlarla yanaşı, böyük akulalara qarşı da mübarizə aparmalıyıq“. Baş redaktor “qara piar” aparan medianı da “reket” adlandırıb.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli tədbirin sonunda “qara piar” aparmayacaqlarına dair memorandum imzalanmasını təklif edib.
APA-nın baş direktoru Vüsalə Mahirqızı isə deyib ki, əslində tədbir çərçivəsində danışılanlar seçki ilinin ilkin narahatlıqlarıdır. Onun proqnozuna görə, deputat seçkiləri bitəndən bir az sonraya qədər bu qarayaxma kampaniyası davam edəcək: “ Amma mən bu yazılanların “qara piar” nümunəsi kimi təqdim edilməsinin əleyhinəyəm. Çünki “qara piar” piarın bir növüdür və xüsusi siyasi texnologiyadır və onun hazırlanması, aparılması da xüsusi peşəkarlıq tələb edir. Azərbaycan mediasında və siyasətində isə hələ bu texnologiyadan istifadə olunması metodları belə bilinmir. “Qara piar” ölkədə siyasətin xəritəsini dəyişə bilən hadisələrə səbə olur. Bizdə isə daha çox qeyri-peşəkarlıqdan doğan dedi-qodu, şayiə əsasında hazırlanmış məlumatlar ortaya çıxır”. V. Mahirqızı bir çox hallarda bu cür məlumatların sonunda “qarşı tərəf istəsə, onun da mövqeyini işıqlandıra bilərik” kimi ifadələrin yazılmasından narahatlığını da ifadə edib: “Jurnalist peşəsi bizə belə şans tanımır. İstəyib-istəməməyindən asılı olmayaraq, qarşı tərəfin mövqeyini yaymaq jurnalistin borcudur”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə qəzet baş redaktorlarının “qara piar” aparmayacağına dair centlmen razılaşma imzalaması, MŞ-nın isə ölkə mətbuatına bununla bağlı müraciət etməsi təklifini irəli sürüb.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun I müavini Azər Ayxan isə deyib ki, müxalifət və iqtidar qəzetləri arasında hansısa memorandum imzalansa belə, sonradan o pozulacaq. O bildirib ki, hazırda iqtidar-müxalifət qəzetlərinin cəbhəsində sabitlik olduğundan, “qara piar” mövzusu aktual deyil.
“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı istənilən məqaləni hazırlayarkən ədəbli olmağın vacibliyini vurğulayıb. E. Şıxlı da “qara piar”ın Azərbaycan mətbuatında texnologiya kimi mövcud olmadığını, yazılarda təhqiramiz ifadələrə yol verildiyini, jurnalist etikasına əməl edilmədiyini deyib.
BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli də çıxışında “qara piar”dan narahatlığını ifadə edib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də ölkə mətbuatında peşəkarlığın artırılması istiqamətində işin davam etdirilməli olduğunu, seçki öncəsi “qara piar” aparılmasının qarşısını almaq üçün Mətbuat Şurasının səylərinin artırılmasının vacibliyini qeyd edib.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “qara piar” və mediada mənbəyi göstərilməyən xəbərlərin olmasını peşəkarlıqla yanaşı həm də iqtisadi asılılıqdan qaynaqlandığını bildirib. O deyib ki, medianın iqtisadi müstəqilliyi artdıqca bu məsələlər də öz həllini tapacaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib