“İRƏLİ” İctimai Birliyinin Media Akademiyasında “Yeni media” mövzusunda treninqlər başlanıb - FOTO

“İRƏLİ” İctimai Birliyinin Media Akademiyasında “Yeni media” mövzusunda treninqlər başlanıb - <font color=red>  FOTO</font>
# 21 avqust 2010 09:42 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev avqustun 17-də “Media Akademiyasında” təlim keçib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar zamanı axtarış sistemləri, RSS, bloqlar və sosial media haqqında məlumat verən Mərdiyev internet jurnalistikasının son zamanlardakı inkişafına xüsusi diqqət ayırıb: “Son illərin statistikasına nəzər salsaq, dünyada ən çox satılan 25 qəzetin 24-də tirajların azaldığı müşahidə olunur. Buna səbəb isə “yeni medianın” inkişafı ilə əlaqədar çap mətbuatına marağın azalmasıdır”. R. Mərdiyev daha sonra ölkəmizdə internet texnologiyalarının durumuna dair fikirlərini bölüşüb: “Təəssüf ki, Qərbdəki yeniliklər ən yaxşı halda Azərbaycana 4-5 ildən sonra tətbiqi formada gəlib çatır. Bu isə həmin yeniliklərə uyğunlaşma problemi yaradır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR