Bank Of Baku

KİV-in seçki prosesində iştirakına həsr olunmuş növbəti dəyirmi masa keçirilir - FOTOSESSİYA

KİV-in seçki prosesində iştirakına həsr olunmuş növbəti dəyirmi masa keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 24 avqust 2010 07:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel giriş nitqində bildirib ki, plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir və ofis Azərbaycan mətbuatına bu sahədə hər cür kömək göstərməyə hazırdır: “KİV seçki prosesi dövründə siyasi partiyalar, koalisiyalar, vətəndaşların təşəbbüs qrupları və müstəqil namizədlərin ədalətli və qərəzsiz şəkildə xəbər buraxılışlarında yer almasına, eləcə də müsahibələr, məqalələr, debatlar və kampaniya fəaliyyətlərini yayımlamaq vasitəsilə onların ədalətli təşviqinə səy göstərməlidir”.

MSK sədri Məzahir Pənahov da seçki kampaniyalarının aparılmasında medianın mühüm roluna diqqət çəkib. O, parlament seçkiləri ərəfəsində MSK-nın öz işini gücləndirdiyini və bu işin KİV-in iştirakı ilə davam etdiyini söyləyib.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da seçki atmosferinin formalaşmasında medianın rolunun vacibliyinə toxunaraq ATƏT-in Bakı ofisinin bu istiqamətdə fəaliyyətini alqışlayıb: “Bu fəaliyyət öz müsbət nəticələrini verəcək”.

Dəyirmi masada Mətbuat Şurasının, siyasi partiyaların, vətəndaş cəmiyyətinin, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR