Bank Of Baku

Azərbaycanın bir qrup jurnalisti Hindistanda səfərdədir

Azərbaycanın bir qrup jurnalisti Hindistanda səfərdədir
# 24 avqust 2010 09:44 (UTC +04:00)
Dehli. Laçın Sultanova-APA. Hindistan Xarici İşlər Nazirliyinin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycandan olan bir qrup jurnalist bu ölkədə səfərdədir. Səfərdə iştirak edən APA-nın əməkdaşının verdiyi məlumata görə, səfərin məqsədi bu ölkənin həyatı, siyasi və iqtisadi vəziyyəti ilə tanış olmaqdır. XİN sözçüsü Vişnu Prakaş jurnalistlərlə görüşdə deyib ki, Hindistanın Mərkəzi Asiya və Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyəti var. Hindistan hökumətinin planlarını açıqlayan Prakaş bildirib ki, ölkəsi bütün regionun inkişafını istəyir, öz nailiyyətlərini qonşu ölkələrlə bölüşmək istəyir. O bu işdə əsas problem olaraq terrorçuluğun olduğunu göstərərək, terrorçuluğa qarşı birgə mübarizə aparılmasının çox vacib olduğunu deyib.

Jurnalistlər Dehli, Aqra və Heydərabadda dövlət rəsmiləri, araşdırma mərkəzləri, istehsalat müəssisələrində müxtəlif görüşlər keçirəcək, tarixi yerlərlə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR