Bank Of Baku

Azərbaycan İctimai Televiziyasının fəaliyyətə başlamasının 5 ili tamam olur

Azərbaycan İctimai Televiziyasının fəaliyyətə başlamasının 5 ili tamam olur
# 27 avqust 2010 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Avqustun 29-da Azərbaycan İctimai Televiziyasının (İTV) fəaliyyətə başlamasının 5 ili tamam olur. APA-nın məlumatına görə, İTV 2005-ci il avqust ayının 29-da prezident İlham Əliyevin iştirakı ilə rəsmən yayıma başlayıb. Hazırda Azərbaycanın bütün ərazisində və xaricdə izlənilən İTV-nin ölkənin müxtəlif bölgələrində müxbir postları ilə yanaşı, Orta Asiya, Türkiyə, Rusiya və Gürcüstanda nümayəndəlikləri var.

Qeyd edək ki, İTV 2004-cü il setyabrın 11-də qəbul olunmuş “İctimai Televiziya və Radio Yayımı haqqında” qanuna əsasən yaradılıb və fəaliyyətini bu qanunun əsasında qurur. Telekanalın baş direktoru vəzifəsinə 2005- ci il aprelin 16-da Yayım Şurasının keçirdiyi səsvermə ilə İsmayıl Ömərov seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR