Bank Of Baku

“KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı” müsabiqəsinin nəticələri açıqlanıb

“KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı” müsabiqəsinin nəticələri açıqlanıb
# 30 avqust 2010 15:22 (UTC +04:00)
Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda avqustun 2-də elan olunmuş “KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı” müsabiqəsinin yekunları müzakirə olunub.

Fondun İcraçı direktoru Vüqar Səfərli müsabiqəyə təqdim olunmuş layihələr haqda məlumat verərək, ümumilikdə Fonda 15 istiqamət üzrə 41 layihənin daxil olduğunu bildirib. Fonda daxil olan layihələrin 20-si qəzet redaksiyası, 12-si jurnalist təşkilatı, 9-u isə informasiya agentliyi tərəfindən təqdim edilib.

İclasda müsabiqənin nəticələri müzakirə edilib və ekspertlərin rəyləri nəzərə alınaraq qalib layihələr müəyyən olunub. Qalib qurumlardan 19-u qəzet redaksiyası, 6-sı informasiya agentliyi, 5-i isə jurnalist təşkilatıdır.

Qeyd edək ki, müsabiqə qaliblərinə Fondun ayırdığı qrantın ümumi məbləği 454 min manat təşkil edir. Qaliblər arasında APA informasiya agentliyinin “Azərbaycanın dünya birliyinə inteqrasiyası: ölkənin xarici siyasi hədəflərinin mediada işıqlandırılması” layihəsi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR