Bank Of Baku

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin işçi qrupunun iclası keçirilib - FOTO

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin işçi qrupunun iclası keçirilib - <font color=red>FOTO</font>
# 30 avqust 2010 15:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) və ATƏT-in Bakı Ofisinin birgə layihəsi əsasında yaradılan işçi qrupunun iclası keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, bu il avqustun 12-də yaradılan qrupun başlıca məqsədi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına (AJPDQ) əlavə və dəyişiklərlə bağlı avropalı ekspertlər tərəfindən irəli sürülən tövsiyələrin nəzərdən keçirilməsi və yekun müzakirəyə çıxarılmasıdır. Qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçisi və ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-in rəhbərləri və media ekspertləri daxildir.
İclası MŞ sədri Əflatun Amaşov açaraq ötən müddətdə layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, qrup üzvlərinin təhlilləri və irəli sürdükləri fikirlər AJPDQ-nın daha təkmil variantının yekun müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir.

İclasda AJPDQ-nın əsasən «İnformasiya qaynaqlarına sayğılı yanaşma», «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» və «Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması» prinsiplərinin bəndlərinə irəli sürülən əlavə və düzəlişlər müzakirə olunub. Bildirilib ki, sənədin yekun variantında təqsirsizlik prezumpsiyası, ictimai fiqurların tənqidi, yeniyetmə və gənclərlə bağlı məqamların işıqlandırılması və digər həssas məsələlərə xüsusi diqqət yetirilməlidir.

Qeyd edək ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsini və paralel olaraq diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsini nəzərdə tutur. Bu ilin martından reallaşdırılan layihə çərçivəsində sentyabr ayında beynəlxalq konfransın təşkili də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR