Bank Of Baku

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə layihəsi çərçivəsində ikinci dəyirmi masa keçiriləcək

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə layihəsi çərçivəsində ikinci dəyirmi masa keçiriləcək
# 31 avqust 2010 13:32 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində ikinci dəyirmi masa keçiriləcək. MŞ-dan APA-ya verilən məlumata görə, tədbir sabah saat 12.00-da MŞ-nin ofisində baş tutacaq. Tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyələr müzakirə olunacaq.
Qeyd edək ki, bu il avqustun 12-də MŞ və ATƏT-in Bakı ofisinin birgə təşkil etdiyi dəyirmi masada peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı tövsiyələr nəzərdən keçirilmiş və sənədin təkmil variantının hazırlanması üçün işçi qrupu formalaşdırılıb. MŞ İdarə Heyətinin üzvlərinin, ATƏT-in Bakı ofisinin təmsilçisinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-nin rəhbərlərinin və media ekspertlərinin daxil olduğu qrup avqustun 30-da baş tutan iclasda tövsiyələrə bir sıra düzəlişlər edərək onu ümumi diskussiyaya çıxarmaq üçün məqbul sayıb.

Xatırladırıq ki, Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start verib. Layihə çərçivəsində sentyabrın ilk ongünlüyündə beynəlxalq ekspertlərin də iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR