Bank Of Baku

Mətbuat Şurası və ATƏT-in təşkilatçılığı ilə dəyirmi masa keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Mətbuat Şurası və ATƏT-in təşkilatçılığı ilə dəyirmi masa keçirilib - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 01 sentyabr 2010 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Mətbuat Şurası və ATƏT-in təşkilatçılığı ilə Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına əlavələr edilməsi barədə hazırlanan layihə ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, rəhbərlik etdiyi qurum bu ilin mart ayından ATƏT-lə birgə diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləyən, müvafiq qanun layihəsini parlamentə təqdim edilməsini sürətləndirilməsi ilə bağlı,
həmçinin Jurnalistlərin Peşə Davranış Qaydalarına əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb.

Ə. Amaşov qeyd edib ki, son vaxtlar mətbuatda seksual təcavüzlərlə, azyaşlıların intiharları ilə bağlı məlumatlara çox yer verilir: “Ona görə də Mətbuat Şurası ATƏT-lə birlikdə Jurnalistlərin Peşə Davranış Qaydalarının yeni variantını hazırlayıb. Avropalı ekspertlərin iştirakı ilə Azərbaycan jurnalistlərinin Peşə davranış qaydalarının ekspertizası keçirilib. Bu əlavələrə 18 mart referendumundan sonrakı dəyişikliklər, təqsirsizlik prezumpsiyası, uşaqlarla və s. bağlıdır.

Peşə davranış Qaydalarının təqdimat sentyabrın 6-da keçiriləcək”.

Mətbuat Şurasının üzvü Ələsgər Məmmədli isə əlavə və dəyişikliklər barədə məlumat verib. Ə. Məmmədli bildirib ki, əlavələrdə azyaşlıların hüquqları, jurnalistlərin ictimai informasiya toplanan zaman hansı avadanlıqlardan istifadə edə biləcəyi, məhkəmənin tərəfsizliyinə kölgə salan reportajların əvvəlcədən hazırlanmasının yolverilməzliyi qeyd olunur.

APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı Peşə Davranış Qaydalarını jurnalistlərin fəaliyyəti üçün önəmli sənəd adlandırıb. V. Mahirqızı qeyd edib ki, bununla yanaşı, ATƏT-in dəstəyi ilə Mətbuat Şurası tərəfindən bir neçə il əvvəl ilkin mənbədən məlumatların əldə edilməsi ilə bağlı həyata keçirilmiş layihənin yenidən davam etdirilməsinə ehtiyac var. Eyni zamanda o, jurnalistika fakültələrində ictimai əlaqələrin bir fənn kimi tədrisinin əhəmiyyətini vurğulayıb.

ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter isə bildirib ki, Peşə Davranış Qaydalarına əlavə və dəyişikliklərin hazırlanmasında beynəlxalq təcrübə öyrənilib: “Fikirləşirik ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün mühitin özünün yaxşılaşdırılması əsasdır. Kodeksin yeniləşdirilməsi diffamasiyanın tətbiqi istiqamətindəki səylərdən biridir”.

Şuranın İdarə Heyətinin üzvləri Bəxtiyar Sadıqov, Tapdıq Abbas «Diffamasiya haqqında»
qanunun qəbulunun vacibliyini, eyni zamanda reket jurnalistikanın
bundan istifadə edərək daha ciddi problemlər yaradacağını qeyd ediblər.
Şuranın üzvü Yunus Oğuz və digər üzvlər əlavə və dəyişikliklər barədə
fikirlərini, təkliflərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR