Bank Of Baku

Əflatun Amaşov: “Mətbuatda “qara piar” sayıla biləcək yazıların sayı artıb”

Əflatun Amaşov: “Mətbuatda “qara piar” sayıla biləcək yazıların sayı artıb”
# 01 sentyabr 2010 12:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “İyul ayının sonlarından başlayaraq mətbuatda “qara piar” sayıla biləcək yazıların sayı artıb”. APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, avqustun birinci yarısında mətbuatda “qara piar” xarakteri daşıyan yazıların sayı artaraq 60-ı ötüb. Halbuki əvvəlki aylarda belə yazıların sayı hər ay üzrə 5-ə yaxın olub. Hazırda bununla bağlı monitorinq aparıldığını söyləyən Ə. Amaşovun sözlərinə görə, seçki öncəsi “qara piar” kiçik qəzetlərdən başlayır və sonda telekanallar da bu prosesə cəlb olunur.

Şura rəhbəri görülən tədbirlər nəticəsində problemin aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR