Bank Of Baku

“M Group Production”un rəhbəri Murad Dadaşov Media Akademiyasında təlim keçib - FOTO

“M Group Production”un rəhbəri  Murad Dadaşov Media Akademiyasında təlim keçib - <font color=red>FOTO</font>
# 02 sentyabr 2010 12:37 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin layihəsi əsasında təşkil olunan Media Akademiyasında növbəti təlim “M Group Production”un rəhbəri, tanınmış teleaparıcı Murad Dadaşov tərəfindən keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, M. Dadaşov təlim zamanı tələbələrə televiziya aparıcılığından və prodakşn fəaliyyətindən bəhs edib. Həmçinin Media Akademiya tələbələrinə çəkilişləri hələ başlamayan serialından da danışan teleaparıcı teleməkanda mövcud olan uğurlu və uğursuz verilişlərdən, aparıcılardan söhbət açıb. M. Dadaşov serialın ssenarinin hazır olduğunu , çəkilişlərə yaxın zamanda başlayacaqlarını bildirib.
Media Akademiyası tələbələrinin televerilişlərlə bağlı ünvanladıqları sualları cavablandıran M. Dadaşov əsas etibarı ilə bu sahəyə gələcək jurnalistlərin obyektiv olmalı olduqlarını bildirdi.

Akademiyanın digər qonağı Vüsal Quliyev tələbələrə “KİV-in seçkilər zamanı fəaliyyəti” mövzusunda təlim keçib. Tələbələrlə diskussiya şəraitində keçən təlimdə Vüsal Quliyev həmçinin onları maraqlandıran suallara da cavab verdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR