Bank Of Baku

Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 06 sentyabr 2010 07:53 (UTC +04:00)
Əlavələr edilmiş yeni sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yeni qaydalar jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Prezident Administrasiyasının nümayəndəsi Vüqar Əliyev qeyd edib ki, ölkədə KİV-in əsas problemlərindən biri reklam bazarının olmamasıdır: “Lakin prezident hər il kütləvi informasiya vasitələrinə yardım ayırır, onların maddi-texniki bazasının yaxşılaşdırılmasına çalışır”.

Tədbirdə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin müraciəti oxunub. Konfransa gəlişi gözlənilən, lakin səhhətindəki problemə görə Azərbaycana səfəri təxirə salınan D. Miyatoviç ilkin sonuna qədər Bakıya gələcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR