Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu noyabr ayından yeni layihələrin qəbuluna başlayacaq

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu noyabr ayından yeni layihələrin qəbuluna başlayacaq
# 06 sentyabr 2010 14:20 (UTC +04:00)
APA-nın məlumatına göprə, bunu keçirdiyi mətbuat konfransında fondun icraçı direktoru Vüqar Səfərli deyib. O bildirib ki, layihələrin bir ay ərzində qəbul olunması nəzərdə tutulub. Qaliblər yanvar ayında açıqlanacaq və maliyyələşdirməyə başlanacaq.

Son müsabiqədə 41 layihənin təqdim olunduğunu söyləyən V. Səfərli, seçimdən sonra 30 layihənin maliyyələşdirilməsinə qərar verildiyini nəzərə çatdırıb. Bu layihələrdən 19-u qəzet redaksiyalarına, 6-sı informasiya agentliklərinə, 5-i isə jurnalist təşkilatlarına aiddir.

Mətbuat konfransına qatılan qəzet redaktorları ilə fond nümayəndələri müsabiqəyə qatılan qəzetlər üçün qoyulmuş minimum 500 nüsxə yayımın olması tələbinə dair müzakirələr də aparıblar. V. Səfərli qeyd edib ki, əl yayımlarından verilən sənədlər fond tərəfindən qəbul olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR