Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri yayım firmalarına xəbərdarlıq edib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri yayım firmalarına xəbərdarlıq edib
# 06 sentyabr 2010 14:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqələrinə qatılan qəzetlərə saxta sənəd təqdim edən yayım firmaları barədə məlumatlar hüquq-mühafizə orqanlarına göndəriləcək. APA-nın xəbərinə görə, bunu fondun icraçı direktoru Vüqar Səfərli deyib. O, 35 il yayım sistemində çalışdığını və bu sahədə vəziyyətə bələd olduğunu söyləyib: “Hansı yayım firması saxta sənəd versə, o sənədi dərhal prokurorluğa göndərəcəyəm. Qoy biri barədə tədbirlər görülsün ki, başqalarına da dərs olsun”.

V. Səfərli bildirib ki, qəzetlərin təqdim etdiyi yayım məlumatları onların reklamla təmin olunmasında da rol oynayacaq. Fond rəhbərinin sözlərinə görə, hazırda reklam bazarının formalaşdırılması ilə bağlı təkliflər üzərində işlənilir.

V. Səfərli fondun ayırdığı vəsaitlərin xərclənməsinə nəzarətin olacağını da vurğulayıb: “Vəsait ona görə verilmir ki, kimsə çıxarıb qoysun cibinə. Bu vəsait redaksiyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına, qəzetlərin mətbəə xərclərinə, əmək haqlarının verilməsinə və digər bu kimi təşkilati tədbirlərə sərf oluna bilər. Əgər hansısa qəzet başdansovdu yanaşacaqsa, ordan-burdan köçürəcəksə, növbəti müsabiqələrdə ona yer verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR