Bank Of Baku

Səyavuş Kərimi Media Akademiyasının tələbələri ilə görüşüb - FOTO

Səyavuş Kərimi Media Akademiyasının tələbələri ilə görüşüb - <font color=red>FOTO</font>
# 14 sentyabr 2010 08:14 (UTC +04:00)
“İRƏLİ” İctimai Birliyinin Media Akademiyası layihəsi yeni mərhələyə start verib. Tələbələr müəyyən sahələri əhatə edəcək həftələr çərçivəsində görüşlər, disputlar, debatlarda iştirak edəcəklər. “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, idman, ictimai – siyasi həyat, gender, media ilə davam edəcək “Həftələr ayı” mədəniyyət həftəsi ilə başlayıb. İlk qonaq Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş Kərimi olub. S. Kərimi tələbələrlə görüş zamanı “Azərbaycanda mədəniyyət kanalının açılmasına ehtiyac varmı və gəncliyin musiqi zövqü” mövzusunda söhbət açıb: “Ölkəmizdə mədəniyyət kanalının açılmasına ehtiyac var. Bu çoxdan olmalı idi. Təbii ki, cəmiyyətin mənəvi aşılanmamasında televiziyanın rolu danılmazdır. Əgər bu kanal açılsa, mədəniyyətin bütün sahələrini, maarifləndirmək və tərbiyələndirmək sistemini öndə tutmaq vacibdir. Mədəniyyəti insanlara yaxşı mənada sevdirmək lazımdır”.
Akademiyada həftə ərzində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin tələbələrlə görüşü keçiriləcək.
Qeyd edək ki, növbəti günlər ərzində Azərbaycanın xalq artistləri Oqtay Mirqasımov, Alim Qasımov, Rasim Balayev, əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, modelyer Fəxriyyə Xələfova, kinorejissor Şeyx Əbdül Mahmudbəyov, teleaparıcı Nərgiz Cəlilova, əməkdar artist Tünzalə Ağayeva və digərləri Media Akademiyasının qonağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR