Bank Of Baku

Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir - FOTO

Media  Akademiyasında  “Mədəniyyət həftəsi” davam edir - <font color=red>FOTO</font>
# 16 sentyabr 2010 08:08 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir. “Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Milli Kitab Mükafatının II yer sahibi, yazıçı Əjdər Ol və ABŞ-ın Kaliforniya Universitetinin kitabxanaçısı Liladhar Pendtse tələbələrlə görüş keçiriblər. “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, Liladhar Pendtse azərbaycanlı müəlliflərin kitablarını Kaliforniya kitabxanasında yerləşdirmək istəyindən söz açıb. Daha sonra tanınmış teleaparıcı Nərgiz Cəlilova və əməkdar artist Tünzalə Ağayeva tələbələrlə görüşə qatılıb. Nərgiz Cəlilova mediada mədəniyyət sahəsində mövcud olan yeknəsəklikdən danışıb, professional aparıcı olmaq üçün lazımi keyfiyyətlərdən söz açıb. Tünzalə Ağayeva isə hazırda keçid dövründə olan Azərbaycan musiqisinin durumundan söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR