Bank Of Baku

“Media və Seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabçalar nəşr edilib

“Media və Seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabçalar nəşr edilib
# 16 sentyabr 2010 11:34 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 17-də Avropa Şurası və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən “Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabçaların təqdimatı keçiriləcək. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, kitabçaların nəşri layihəsi Azərbaycanda noyabrda baş tutacaq parlament seçkisinə dəstək üçün Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində reallaşdırılıb.

Yeni nəşrlərin buraxılışından məqsəd jurnalistlərin seçkiləri ədalətli və balanslı işıqlandırmaları sahəsində biliklərinin artırılmasıdır. Təqdimat mərasimində televiziya, radio, qəzet və onlayn media nümayəndələri, həmçinin jurnalist təşkilatlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak edəcəklər. Tədbir saat 12.00-dan 13.00-a qədər Mətbuat Şurasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR