Bank Of Baku

“Media və Seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib - FOTOSESSİYA

“Media və Seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 sentyabr 2010 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Avropa Şurası (AŞ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən “Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, kitablar Azərbaycanda noyabrda baş tutacaq parlament seçkisinə dəstək üçün AŞ-ın Fəaliyyət Planı çərçivəsində nəşr olunub. O, seçki öncəsi kitabların tərcümə olunaraq yayılmasına böyük önəm verdiklərini deyib.
AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek seçkilərin işıqlandırılmasında medianın böyük rolunun olduğunu deyib. Nümayəndə qeyd edib ki, AŞ bu kitablardan əlavə olaraq, Azərbaycan jurnalistləri üçün seçkilərin işıqlandırılması ilə bağlı Bakı və regionlarda xüsusi təlimlərin keçirilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, eyni zamanda seçicilərin maarifləndirilməsi və fəallığı artırmaq məqsədi ilə xüsusi reklam rolikləri də hazırlanır.

Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib ki, Azərbaycanda bu günə kimi keçirilən seçkilərdə hər dəfə jurnalistlərlə bağlı qarşıdurma yaranıb. V. Səfərli bunun bir səbəbinin də jurnalistlərin mövcud qanunları və qaydaları bilməmələri ilə bağlı olduğunu qeyd edərək, kitabların çapının əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR