Bank Of Baku

“Təzadlar” qəzeti Mətbuat Şurasını məhkəməyə verib

“Təzadlar” qəzeti Mətbuat Şurasını məhkəməyə verib
# 20 sentyabr 2010 11:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Təzadlar” qəzeti Mətbuat Şurasına qarşı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. APA-nın xəbərinə görə, məhkəmənin ilkin baxış iclası sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, qəzet şərəf və ləyaqətin müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə ilk olaraq Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddia təmin olunmadığından apellyasiya şikayəti verilib. İddiada Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun ayrı-ayrı vaxtlarda qəzet və televiziya müsahibələrində "Təzadlar" qəzeti və onun redaktoru barəsində şərəf və ləyaqətə zərər gətirən ifadələr işlətdiyi göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR