Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun 60 illiyi qeyd olunub

Beynəlxalq Mətbuat İnstitutunun 60 illiyi qeyd olunub
# 20 sentyabr 2010 13:45 (UTC +04:00)
Bakı-APA. Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresi və 60 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirləri keçirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən APA-ya verilən məlumata görə, tədbirin açılışında BMİ-nin sədri Yan Virkkunen, BMİ-nin direktoru Deyvid Dədc və Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Mişel Spindelegger çıxış edib. Dünya jurnalistlərinin toplantısında “Ağla gəlməyənlər haqqında düşünmək: xəbərləri itiririkmi?”, “Media hələ də ictimaiyyətin ehtiyacında olduğu məlumatı verə bilirmi?”, “Gələcəyin xəbəri və jurnalistika peşəsinin sabahı barədə BMİ-nin hesabatı”, “Yeni və ənənəvi media ciddi siyasi məsələləri necə əhatə edir?”, “Dəyişikliklər dövründə media azadlığı” mövzusunda məruzələr dinlənilib, mətbuat azadlığı, yeni texnologiyaların jurnalistika peşəsinə təsiri ilə bağlı müzakirələr aparılıb.
Təşkilat 60 illik yubileyi ilə əlaqədar, mətbuat azadlığının müdafiəsində xüsusi sədaqət, dəyanət və cəsarəti ilə seçilən daha 10 nəfəri də siyahıya əlavə edib. Mükafatlar Vyananın şəhər zalında keçirilən təntənəli yubiley tədbirində təqdim olunub.
Dünya jurnalistlərinin toplantısı Slovakiyanın paytaxtı Bratislava şəhərində işini davam etdirib. Siyasi proseslərin azad mediada əks olunması ilə bağlı keçirilən müzakirələrdə Slovakiya Respublikasının xarici işlər naziri Miroslav Lajçakın məruzəsi dinlənilib.
BMİ-nin Dünya Konqresinin təntənəli bağlanış mərasimi sentyabrın 15-də Vyana şəhərində keçirilib.
Avstriya prezidenti Haynts Fişer və Slovakiyanın baş naziri İveta Radiçeva yubiley tədbirlərinə qatılıb, iştirakçılara öz iqamətgahlarında ziyafət veriblər.

Tədbirdə Azərbaycanı BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri, BAMF sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lutful Kəbir, BAMF-ın departament rəhbəri İfeanyichukvu Nvolisa təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR