Bank Of Baku

Media Akademiyasında “Mədəniyyət həftəsi”nə yekun vurulub - FOTO

Media Akademiyasında “Mədəniyyət həftəsi”nə yekun vurulub - <font color=red>FOTO</font>
# 20 sentyabr 2010 15:53 (UTC +04:00)
Bakı-APA. Kinorejissor Oqtay Mirqasımov, “Yuğ” teatrının direktoru Tərlan Rəsulzadə, teatrın aktyoru Ruslan İsmayılov “İRƏLİ” İctimai Birliyinin layihəsi əsasında həyata keçirilən Media Akademiyasında mühazirə oxuyublar. “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, Azərbaycan kinosunun real vəziyyətindən söz açan O. Mirqasımov yeni çəkilən yerli filmlərin efirdə az olmasına belə münasibət bildirdi: “Bu gün yeni filmlərin təbliğatının zəif olması bir çox səbəblərlə başlıdır. İqtisadi, hüquqi amillər və tamaşaçı auditoriyasının maraq səviyyəsinin olduqca zəif olması bura daxildir. Əhalidə milli kinolara deyil, əcnəbi filmlərə daha çox maraq var”.
“Yuğ” teatrının direktoru Tərlan Rəsulzadə isə teatr ilə kinonun fərqindən söz açaraq, istedadlı aktyorun peşəkar bacarıqlarının kinolarda tükəndiyini və aktyorların yenidən tamaşaya can atdığını bildirib.
Aktyor Ruslan İsmayılov isə teatrın tarixindən söz açaraq aktyoru olduğu teatrın fərqli cəhətlərindən söz açıb.
Bununla da Media Akademiyasında elan olunan “Mədəniyyət həftəsi”nə yekun vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR