Bank Of Baku

ABŞ İrana informasiya müharibəsi elan edib

ABŞ İrana informasiya müharibəsi elan edib
# 25 sentyabr 2010 03:56 (UTC +04:00)
Bakı-APA. ABŞ administrasiyası daha çox iranlının prezident Barak Obamanın İran lideri Mahmud Əhmədinecatın çıxışları və digər məsələlər barədə nə fikirləşdiyini bilməyi üçün əlindən gələni edəcək.

Ağ Ev prezident Obamanın fars dilində çıxışından fraqment yayımlayıb. Çıxış BBC-nin fars xidməti tərəfindən tərcümə edilərək yayımlanıb.

Müsahibəyə həsr olunmuş xüsusi brifinqdə Ağ Ev nümayəndəsi Obamanın bu çıxışının təsadüfi olaraq BBC-də yayımlanmadığını bildirib.

«BBC Persian-ın İranda böyük auditoriyası var. Həmçinin BBC Persian-ın çoxsaylı dinləyiciləri olan radiosu var. BBC Persian-ın saytı bölgənin ən populyar saytlarından biridir. Ona görə də biz qərara gəldik ki, bu İran auditoriyası ilə dialoq üçün effektiv platformadır», deyə administrasiyanın nümayəndəsi bildirib. Lakin fəaliyyət yalnız bir müsahibə ilə bitməyəcək.

«Nəzərə almaq lazımdır ki, İranda media çox dinamik tərzdə inkişaf edir. Biz prezidentin ideyalarını daha böyük auditoriyaya çatdırmaq üçün onun bəyanatlarını bloqlarda, Twitter-də, YouTube-da yerləşdirəcəyik. Prezidentin bəyanatlarını yaymaq üçün əlimizdən gələni edəcəyik», deyə Ağ Ev nümayəndəsi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR