Bank Of Baku

CNN-in ABŞ bölməsinin rəhbəri vəzifəsindən azad edilib

CNN-in ABŞ bölməsinin rəhbəri vəzifəsindən azad edilib
# 25 sentyabr 2010 04:25 (UTC +04:00)
Bakı-APA. CNN kabel telekanalının sahibi olan Time Warner şirkəti kanalın ABŞ bölməsinin rəhbəri Con Klyaynı vəzifəsindən azad edib. Səbəb telekanalın reytinqlərinin son bir ildə aşağı düşməsidir.

CNN-in direktoru Cima Uoltonun sözlərinə görə, Klyayndan sonra şirkətin ABŞ bölməsinin prezidenti postunu Ken Yauts tutacaq. Hazırda Yauts CNN-in bölməsi olan HLN telekanalına rəhbərlik edir.

Son bir ildə kabel teleşirkətlərinin çoxunun reytinqi aşağı düşüb, lakin CNN bu siyahıya başçılıq edir. Kanalın 640 min tamaşaçılıq həftəlik auditoriyası 2009-cu ildən etibarən 36% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR