Bank Of Baku

MSK-nın mətbuat şöbəsi medianın monitorinqini aparır

MSK-nın mətbuat şöbəsi medianın monitorinqini aparır
# 27 sentyabr 2010 10:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyasının mətbuat şöbəsi 7 noyabr parlament seçkiləri ilə əlaqədar KİV-in monitorinqini aparır. Bu barədə APA-ya MSK mətbuat şöbəsinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, deputatlığa namizədlər qanunda nəzərdə tutulan vaxtdan əvvəl təbliğata başlayarsa, yaxud kütləvi informasiya vasitələri seçki ilə əlaqəli qanun pozuntusuna yol verərsə, qanuna müvafiq tədbir görülməsi üçün MSK-ya, yaxud MSK-nın mətbuat qrupuna məlumat veriləcək. MSK və ya MSK-nın mətbuat qrupu qanun pozuntuları haqqında konkret müraciət əsasında da müvafiq araşdırma apararaq qərar qəbul edə bilər.

A. Sarıyev monitorinqin nəticələrinin namizədlərin təşviqata başlamasından sonra açıqlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR