Bank Of Baku

KİV: Fransanın xarici işlər naziri istefaya göndərilə bilər

KİV: Fransanın xarici işlər naziri istefaya göndərilə bilər
# 28 sentyabr 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Fransanın xarici işlər naziri Bernar Kuşner bu ilin payızında nazirlər kabinetində həyata keçiriləcək dəyişikliklər nəticəsində vəzifəsini itirəcəyini güman edir. Bu barədə fransız media orqanları yazırlar.

Fransa XİN başçısı bu mövzuda rəsmi bəyanat verməkdən çəkinir. Lakin qeyri-formal şəraitdə o bu barədə fikrini gizlətmir. Le Figaro qəzetinin yazdığına görə, Kuşner RTL radiostansiyasının efirində istefa mövzusunda danışmaqdan imtina edib. Lakin veriliş bitdikdən sonra o bildirib ki, «vəzifədən gedəcəyinə yüz faiz əmindir».

Fransız media orqanları hökumətdəki mümkün dəyişiklikləri qızğın müzakirə edirlər. Belə ki, onlar baş nazir Fransua Fiyonun da istefaya gedəcəyini istisna etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR