Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” media nümayəndələrinə yardım ayırıb

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” media nümayəndələrinə yardım ayırıb
# 30 sentyabr 2010 10:41 (UTC +04:00)
Bakı-APA. “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumdan APA-ya verilən məlumata görə, fondun İdarə Heyətinin iclasında ötən müddət ərzində daxil olan 7 müraciətə baxılıb. Müraciətlər təmin edilərək, bütövlükdə 1800 AZN həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. “Yeni Msavat” qəzetinin redaksiyasına 300, “Xural” qəzetinin redaksiyasına 300, “Day-az” saytının əməkdaşı Əkbər Həsənova 240, “Yeni Müsavat” qəzetinn əməkdaşı Elmin Bədəlova 240, “Milli Yol” qəzetinin əməkdaşı Anar Əliyevə 240, müstəqil jurnalist Mahal İsmayıloğluna 240, Az.TV-nin sabiq əməkdaşı Asəf Quliyevə 240, bloger Emin Milli -Abdullayevin ailəsinə 500, bloger Adnan Hacızadənin ailəsinə 500, həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə 500 AZN məbləğində maliyyə yardımı edilib.

Qeyd olunub ki, bu ilin sentyabrında Bakıda keçirilən “İfadə Azadlığı Forumu”nda eyni adlı mükafatın qalibi, mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova pul mükafatını (800 AZN) həbsdə olan jurnalistlərin ailə üzvlərinə verilməsini xahiş edib. Bu səbəbdən həbsdə olan jurnalistlərin ailələrinə edilən 1500 AZN-nin 800 manatını həmin məbləğ təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR