Bank Of Baku

Media Akademiyasında “İdman həftəsi” nə yekun vurulub - FOTO

Media Akademiyasında  “İdman  həftəsi” nə yekun vurulub - <font color=red>FOTO</font>
# 05 oktyabr 2010 07:27 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən Media Akademiyasında “İdman həftəsi” nə yekun vurulub. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu dəfə karate üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova, 4 qat Avropa çempionu Etibar Bağırov və Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev tələbələrlə görüş keçirib. Z. Hüseynova tələbələrə məşğul olduğu idmanın spesifik xüsusiyyətlərindən, idmançı olmağa qadına heç bir maneçilik törətmədiyindən söz açıb.
11 yaşında idmanın cüdo növü üzrə məşqlərə başlayan və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi Etibar Bağırov isə Avropa, dünya və olimpiya çempionu olmağın çətinliklərindən, bu idman növünün fərqli cəhətlərindən danışıb.
Karatenin döyüş qanunlarından, növlərindən danışan Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev hər bir idman növündə təhsil almağın mütləq olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR