Bank Of Baku

Noyabrın 7-dək Azərbaycanda mədəniyyət kanalının açılması üçün elan edilən müsabiqənin nəticələri barədə qərar veriləcək

Noyabrın 7-dək Azərbaycanda mədəniyyət kanalının açılması üçün elan edilən müsabiqənin nəticələri barədə qərar veriləcək
# 05 oktyabr 2010 12:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşdırılmış (mədəniyyət) televiziya kanalının açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna avqustun 4-dən elan etdiyi müsabiqə oktyabrın 7-də yekunlaşacaq. Bu barədə APA-ya məlumat verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, indiyədək müsabiqədə iştirak üçün yalnız bir iddiaçı – “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (Az.TV) müraciət edib. Onun sözlərinə görə, müsabiqənin müddəti bitdikdən sonrakı bir ay ərzində müsabiqənin nəticələrinə baxılıb qərar veriləcək: “Müsabiqəyə bir iddiaçı müraciət edib, amma o qalib ola da bilər, olmaya da bilər. Sənədlər araşdırılacaq, onların müsabiqənin şərtlərinə cavab verib-verməyəcəyi müəyyənləşdiriləcək və buna uyğun da qərar veriləcək”.

Az.TV-nin bu müsabiqənin qalibi ola bilmə ehtimalına gəldikdə, N. Məhərrəmli deyib ki, bu barədə əvvəlcədən heç nə deyə bilməzlər: “Əvvəlcə müsabiqə müddəti bitsin. Ancaq bundan sonra hər hansı bir söz deyə bilərək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR