Bank Of Baku

Media Akademiyasında Olimpiya çempionu Namiq Abdullayev və dünya çempionu Arif Abdullayevlə görüş keçirilib - FOTO

Media Akademiyasında Olimpiya çempionu Namiq Abdullayev və dünya çempionu Arif Abdullayevlə görüş keçirilib -  <font color=red>FOTO</font>
# 07 oktyabr 2010 07:45 (UTC +04:00)
Bakı-APA. “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan Media Akademiyanın növbəti qonaqları Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev və dünya, Avropa çempionu Arif Abdullayev olub. Birliyin mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, N. Abdullayev artıq 25 ildən çoxdur ki, bu idman növü ilə məşğul olduğunu qeyd edib. Hazırda gənclər arasında güləş idman növünə böyük maraq olduğunu bildirən çempion qardaşlar yeniyetmələr arasında qazanılan uğurları və bu sahədə mövcud perspektivləri qeyd ediblər.
“Hər bir idmançıda ruh düşkünlüyü və müxtəlif zədələr ola bilər. Lakin, hədəfə çatmaq üçün daim öz üzərində çalışmaq lazımdır” deyən N. Abdullayev qələbənin insanın iradəsindən asılı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR