Bank Of Baku

Azərbaycanda Mədəniyyət telekanalının açılmasına dair elan olunmuş müsabiqəyə sənəd qəbulunun vaxtı bu gün başa çatır

Azərbaycanda Mədəniyyət telekanalının açılmasına dair elan olunmuş müsabiqəyə sənəd qəbulunun vaxtı bu gün başa çatır
# 07 oktyabr 2010 09:15 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

N. Məhərrəmli bildirib ki, indiyədək müsabiqədə iştirak üçün yalnız bir iddiaçı - “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (Az.TV) müraciət edib. N. Məhərrəmli bildirib ki, müsabiqənin nəticəsi sonrakı bir ay müddətində, yəni noyabrın 7-dək açıqlanacaq. Az.TV-nin müsabiqənin qalibi elan edilməsi ehtimalına gəldikdə, N. Məhərrəmli deyib ki, bu barədə əvvəlcədən heç nə demək olmaz: “Sənədlər araşdırılacaq, müvafiq qərar veriləcək”.

N. Məhərrəmli qeyd edib ki, yeni televiziya qalib elan olunan vaxtdan 6 ay ərzində efirə çıxmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR