Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasının media üzrə təhlilçisi ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasının media üzrə təhlilçisi ilə görüşüb
# 08 oktyabr 2010 16:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərin müşahidə missiyasının media üzrə təhlilçisi Rasto Kucellə görüşüb. MŞ-dən APA-ya verilən məlumata görə, Ə. Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb, Şuranın fəaliyyət göstərdiyi müddətdə jurnalistlərin seçkini işıqlandırmaları ilə bağlı məsələləri də daim diqqətdə saxladığını deyib.

“Mətbuat Şurası seçki günü “Qaynar xətt” yaradır. Bu rejim kütləvi informasiya vasitələri təmsilçilərinə seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə operativ məlumat vermək imkanı yaradır. Bu ilki parlament seçkisində də eyni qaydada fəaliyyət göstəriləcək”, - deyən Ə. Amaşov “Qaynar xətt”ə daxil olan faktlar barədə müvafiq dövlət qurumlarına müraciət ünvanlandığını vurğulayıb.

MŞ sədri, həmçinin bildirib ki, seçki günü Şuranın İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu formalaşdırılacaq. Bundan başqa, MŞ qarşıdakı müddətdə ölkənin aparıcı KİV-ində seçki ilə bağlı gedən materialların monitorinqini aparmağı da nəzərdə tutur.

Öz növbəsində, R. Kuçel ATƏT-in seçkinin işıqlandırılması məsələlərinə xüsusilə önəm verdiyini vurğulayaraq, mövcud istiqamətdə KİV-lərin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Görüşdə, həmçinin “Diffamasiya haqqında” qanunun qəbuluna yönələn təşəbbüslər, söz və mətbuat azadlığı sahəsində nəzərə çarpan tendensiyalar barədə qarşılıqlı fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR