Mətbuat Şurası “Parlament seçkisinin işıqlandırılmasında KİV-in rolu: media monitorinqi başlıca amil kimi” layihəsinin icrasına başlayıb

Mətbuat Şurası “Parlament seçkisinin işıqlandırılmasında KİV-in rolu: media monitorinqi başlıca amil kimi” layihəsinin icrasına başlayıb
# 11 oktyabr 2010 10:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası «Parlament seçkisinin işıqlandırılmasında KİV-in rolu: media monitorinqi başlıca amil kimi» mövzusunda layihənin icrasına başlayıb. Şuradan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan layihə oktyabrın 11-dən noyabrın 11-dən davam edəcək.

Layihə çərçivəsində ölkənin tanınan, ictimai fikrə təsir göstərən 60-dək gündəlik və həftəlik qəzetinin seçki ilə bağlı materiallarının monitorinqi aparılacaq. Monitorinqin nəticələri həftəlik bülletenlər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Layihə çərçivəsində, həmçinin seçki günü Mətbuat Şurasında «qaynar xətt»in yaradılması nəzərdə tutulur. Jurnalistlər bu rejimdə işləyən telefon nömrələrinə zəng edərək seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə məlumat vermək imkanı əldə edəcəklər.
Qeyd edək ki, layihənin yekunları ilə bağlı kitabçanın buraxılması da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR